YAĞIŞ SANİYESİ

Hakkımda

Bu weblog; şair Tebrizli Barışanın edebi yazıları için açılmıştır.


Bağlantılarım

* Ana Sayfa
* Profilim
* Arşiv
* Barışanın özel sahifesi
* Şiir dostu
* Türk edebiyatı vakfı
* Azevnet Adilbey
* Şiir defteri sitesi
* Kitab satışı
* Bahtiyar vehabzade
* Resul melekzade
* Alatoran dergisi
* Mədəniyət sitesi
* Afiq Ağdamlı
* Afiq Ağdamlı(blog)
* Ulu Fizuli
* Al Alma
* Duzlu Oğlan
* Qaşqaylar
* Esin yazın derneyi
* Lida ahmedi(Anay)
* DR.Riza beraheni
* Ruqeyye veidi
* Azerbaycan şairleri
* farsca yeni şeir
* Şeyda Növnəhal(Xəzər)
* Şeir akademisi
* Öykü yarışması
* Fətullah Zövqi
* Cəvər Büzürgəmin(tənqidi baxış)
* Şeir pəncərəsi
* Həbib Sahir(Sürgün)
* Nazim Hikmət ran
* Fedriko qarsiya lurka
* Günəş satış evi
* Bilikli mp3
* Ziba Kərbasi
* sunsevda
* Cabir Purbağıri
* Kitab endirmə evi
* XŞTin bilgi yaymaq ocağı
* Məmməd Akif Ərsoy
* Anti lompən
* A.Uğur Olqar
* İpək təsvirlər(Ayxan)
* Rəsul yunan
* Tarlalar(Duman Ərdəm)
* Yağış(Aydın Araz)
* Andiz(Yazınsal dərgi)
* A.Uğur olgar(Az)

Kategoriler

  • Biyografi
  • Hikayeler
  • Kitab
  • Sherler

  • Arkadaşlarım


    edebiyat
    edebiebedi
    mavikalemler
    edebiyatvakti
    edebiyatpinari
    rabiayuksel
    yakamoz37
    siirimsilerle
    sudemle3
    boyacicocuk
    adilask
    esramelek
    MyHappyEnding
    nanekokusu
    ozledigimcocuk
    kizkalesim
    aksitabraxas
    drygt2
    hulyaningunlugu
    dergahli
    belitt
    bisaniyebakarmisiniz

    İLAN SEVGİLİM...


    Sən bir ilansan mı?

                 Bilməm ki nəsən!

    Gözüvə baxınca, büyülənirəm.

    Qoşmağa şerimi;  yaranır sukut,

    Gecənin dibinə birdən enirəm.

     

    Sən bir ilansan mı?

                 Bilməm ki nəsən!

    ⎕⎕⎕

    Səni həp düşündüm,

                         Yaşayanmadım.

    Cavabsız sorumsan sen bu hayatdan.

     

    Sən bir ilansan mı?

                 Bilməm ki nəsən!

    Bəlkə də bir qızsan;

    Məni həp sevən...

    Bəlkə də bir qızsan;

    Mənlə sevişən...

    Bəlkə də bir qızsan;

    Gəbə qalmışıq...

    Bəlkə də bir qızsan;

    Sən məni doğan...

    Bəlkə də bir qızsan;

    Məni böyüdən...

    Bəlkə də bir qızsan;

    Mənlə böyüyən...

    Bəlkə də bir qızsan;

    Mən sənəm deyən...

    Bəlkə də bir qızsan;

    Məni öldürən...

    Öldürəndə məni;

    Məni böldürən...

     

    Sən bir ilansan mı?

                      Olan(1) sən nəsən?

    ⎕⎕⎕

    Adında ah... nə var?!

    Sən anlarsan mı?

    Hər zad qarşıdıyla;

                 Kimlik qazanır.

     

    Adında ah... nə var?!

    Söyləyərsən mi?

    Qəzetlər də onu eyni yazanmır!

     

    Adında ah... nə var?!

    Bir dadarsan mı?

    Bəlkə bu dünyada

                     Dadanmadığım

    Nəsə; bir zad vardır sənin adında.

     

    Sən bir ilansan mı?

                 Bilməm ki nəsən!

    ⎕⎕⎕

    Sümük dək qalıbdır söz boğazımda!

    Sən bir ilansan mı?

                 Bilməm ki nəsən!

    ⎕⎕⎕

    Haydı; sevdicəyim, çəmbərivə al,

    Sıx məni içimin fəryadı coşsun.

    Öp məni, zəhrivi tök boğazıma.

    Qalıblar sökülsün, pərdələr düşsün.

    Pırtlasın gözlərim, bəlkə bu dəf,ə;

    Bilinməz ölümün, şerini qoşsun.

    <


    Tarih: , Mayıs. 15, 2009 Kategori: Sherler
    Yorum (0) | Yorum yaz | Bağlantı

    RADAR...


    Quşlarla yarışan

    Həyat tovlu gedən könəzlik

    Çoxdan qandırılmış şəhər məzarlığına sarı

    Qısraq yeləsində undulmuş yel

    (Anamla aramdakı göbək bağı kəsildi mi?

                                                         Soruşmalıyam!)

     

    Gözlərində yaxalandığım pusğu; radar

    Gizləndiyim sulardan süzən topraq

    İylənər, balıq əlli post pullu adamlar

    Görmədim idi, qəlbindəki trafik polisi

    Cəzama suç qonduruncaya qədər.

     

    Həyat quşlar kimi qayıtmaz

                                           Köçüncə.

     

    Şeir:A.Uğur olğar

    Uyğunlaşdıran: Xosrov Barışan


    Tarih: , Feb. 25, 2009 Kategori: Sherler
    Yorum (2) | Yorum yaz | Bağlantı

    QARA GİLƏ...


    Qap-qaradır,

    Ancaq;
       Qara günüm də

                      Sevməli olub!

    Axı.., bu da;
         gözlərivi xatırladır

                       Təbrizimin qara giləsi.

     

    Şeir:xosro solh konəndə(barışan)




    Tarih: , Jan. 29, 2009 Kategori: Sherler
    Yorum (5) | Yorum yaz | Bağlantı

    HANSI?!



    Hansı kor;

            Mənim kimi,

                  Gördükləriylə

                             Gözlərin oydu?!

     

    Hansı kar;

         Mənim kimi,
                  eşitdiklərin

                          Mıxladı qulağına?!

     

    Hansı mövtad;

                     Mənim kimi,

                            Çəkdiyi nəfəslə

                                        Ciyərin sökdü?!

     

    Hansı əngəl;

            Mənim kimi,

              Somurdu barmaqlarından

                                             Öz  qanın?!

    Hansı yer kürəsi;

                    Mənim kimi,

                        Məchul bir fəzada

                              Olmadan bəlli yeri

                                                   Gərəksiz,

                                                           Zorakı

                                                                Bir cəzəbəylə yaşadı?!

     

    Hansı oğlan;
           Mənim kimi,

                  Bir qıza baxırkən

                                    Iztirabdan

                                           Sındırıb zamanı,
                                                           acığından

                                                                  Özün boşadı?!

     

    Hansı robot;

            Mənim kimi

                         Əsəblərin

                             Elektirik pirizinə taxıb

                                                           Beyinini patlatdı?!

    Hansı heykəl;

             Mənim kimi,

                     Öz bağrını çatlatdı?!

     

    Hansı daş;
       Mənim kimi,

            Gözyaşlarıyla yoğruldu?!

     

    Hansı yalan;

           Mənim kimi,

                  Öz varlıq ilə

                               Doğruldu?!

     

    Hansı yamyam;

                    Mənim kimi,

                              Ətin qanına

                                         Tiltə etdi?!

     

    Və hansı şair;

               Mənim kimi,

                      Sözlərin qusdu?!

     

    Şeir: Xosrov solh konəndə(Barışan)

    1386/2/28

    İsfəhan(şəhər otubusu), Əsgəerlik.



    Tarih: , Jan. 1, 2009 Kategori: Sherler
    Yorum (1) | Yorum yaz | Bağlantı

    SOVLAR:



    Üçüncü xətt adlı uluslar arası şeir festivalı azər ayının 27,28 və 29unda Təbrizdə keçirildi. bu festival iki dil bölümü Azərbaycan Türkcəsi və farsca da keçirildi və qaliblərə 2000000 riyal pul, birdə bir qudlama lövhü ithaf olundu.

    Azərbaycan  Türkcəsində qalib şairlər:

    1-Klasik qalıb, sərbəst qonu:

    -Marağalı Baraz Marağa.

    -Vəhid Tələt Qoşaçay.

    -Əkbər Şəfiyi Təbriz.

    -Saman Həsənzadə - Təbriz.

    -Mənijə Əkbərpuran Təbriz.

     

    2-Sərbəst qalıb, sərbəst qonu:

    -İbrahım adilniya Ərdəbil.

    -Xosrov Solh konəndə(Barışan) Təbriz.

    - Qismət Rüstəmov Azərbaycan cumhuriyəti.

    -Leyla Əsədi.

    - Duman Ərdəm Təbriz.

     

    3-Klasik qalıb, Ana qonusu:

    -Zənganlı Elman Zəngan.

    -Mürtəza Səlmani Təbriz.

    -Məsumə Rəhimi sədəqiyani Salmas.

     

    4-Sərbəst qalıb, Ana qonusu:

    -Aydaş Dəlisel Təbriz.

    - Məryəm zebərdəst(Qərib Araz) Təbriz.

    -Ələsgər ocaqlı Zəngan.





    Tarih: , Dec. 23, 2008
    Yorum (0) | Yorum yaz | Bağlantı

    GİZLİCƏ AĞLAYIŞ...



    O gecə mən də ağladım,

                                Gizlicə!

     

    Ey ana;

       Sanma ki daşdır ürəyim.

    O gecə mən də ağladım.

    Bir ışıq şırıldadı

            Gözlərimin damcısına.

    Bir hüzün köçdü mənim şənliyimə.

    Çökdü üzə baxışlarım.

    Anladım onda boşun boşluğunu.

    Ulduz-ulduz ışıldadım;

                            Zamanənin

                                qara göy səyfəsinə.

    Özüm yığışdım özümə,

                           Oldum ana,

                              

    Bağışla bu kəz məni,

                       Həmişə dək.

    Roluvu yansıladım taatrında yaşayışın.

    Doğdum uşaq,
        doğumun sancısını hiss elədim!

    Və körpəmi;

       Sevgimin damarından emişdirib.

         Düşüncəmin hörüklərində bələyib,

         Nəfəslərin nənnisində,

           Ahımın lay-lasında:

                    (( Lay-lay dedim ki; yatsın,

                                   Qızıl güllərə batsın.))

    Tumarladım saçlarını,
      baxışın dodaq ilə öpdüm üzün.

        Və sərgisində canımın;

                 Göstərib yaşayışın fəlsəfəsin gözlərinə,

    Ağlayanda;

       Duyğular bağrına basdım biləsin.

    Xəstələnəndə;

       Gözlərim yumulmadı.

    Ürəyi edib sipər sancılara,

            Balaca başmağına,

                Tikdirib yol yorudan gözlərimi,

                               Balaca ayaqlara bir öpücük

    Və ağladım;

        Onu ((bir))də həp böyütdüm.

     

    O gecə mən də ağladım.

                   Çiçəklənəndə arzılar;
                                   soldu gülüm!

     

    Əh,əh...

       Əhə, əhə...

    Bəsdir utan,

          Kəs səsivi.

             Ana olmaq ürək istər.

             Ana olmaq ciyər istər.

             Ana olmaq dözüm istər.

             Ana omaq sevgi istər.

    Var mı buna cəsarətin!?
         yox...

           Yox...

             Olanmazsan.

    Həmin elə,
       sən özüvə.

         O quru ərkəkliyin sımışqasın,

                                       Çıtlayaraq;

                                           Şışırt qarın.

     

    O gecə mən də ağladım.

    Ürəyimdə mərsiyə,
    Oxudu növhə mənə duyğularım.

    Ürəyim çırpdı özün;

            Qəfəsin mkiləsinə.

    Öz içimdə ağladım,
        sənə bir söz demədim,

                             Deyənmədim.

    Çünki sən...

       Çünki sən bir anasan,

                  Dözənməzsən ax;

                                 Balavın gözyaşına.

     

    O gecə mən də ağladım,

                                Gizlicə...

     

     

    Şeir:Xosrov Barışan

    Qaynaq:Yağış saniyəsi kitabı



    Tarih: , Nov. 27, 2008 Kategori: Sherler
    Yorum (3) | Yorum yaz | Bağlantı

    <- Son Sayfa | Sonraki Sayfa ->